"Barselona"nın müdafiəçisi Andreas Kristensen UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Olimpiakos"la matçında iştirak etməyəcək.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Danimarkalı futbolçu zədələnib. Rafinya və Robert Levandovski də komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Barselona" - "Olimpiakos" qarşılaşması bu gecə Bakı  vaxtı ilə saat 20:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest