"Şamaxı"nın futbolçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalandırılıb. Nigeriyalı hücumçu "Kəpəz"lə matçın 44-cü dəqiqəsində rəqib futbolçunu vurub. Onun təcavüüzkar davranışına görə klubu 3000 manat cərimələnib.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VIII turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
"Şamaxı"nın futbolçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalandırılıb. Nigeriyalı hücumçu "Kəpəz"lə matçın 44-cü dəqiqəsində rəqib futbolçunu vurub. Onun təcavüüzkar davranışına görə klubu 3000 manat cərimələnib.
"Şamaxı" daha 1500 manat da ziyana düşüb. Komandanın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün klub cərimə edilib. Eyni səbəbdən "Kəpəz" də 1500 manat cərimə ödəməli olacaq. Gəncə təmsilçisinin 4 futbolçusu sarrı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 maanat da cərrimələnib.
Qeyd edək ki, "Şamaxı" - "Kəpəz" qarşılaşması qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.