20 Oktyabr 2025, 14:57
FUTBOL
Ange Postekoqlu ilə yollarını ayıran "Nottingem Forest"in yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Şon Dayçla anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərəli mütəxəssislə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Şon Dayçın son iş yeri "Everton" olub. O, bu ilin yanvar ayında istefaya göndərilib.












