20 Oktyabr 2025, 19:43
FUTBOL
"Reyncers"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, Şotlandiya təmsilçisi Danni Röhllə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Danni Röhlün son iş yeri İngiltərədə "Şeffild Vendezdey" olub.