Görüşün baş hakimi İqor Payaç olacaq. Ona yan xəttlərdə həmyerliləri Boyan Zobenitsa və İvan Mihali köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Levriç yerinə yetirəcək.
UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Atletik" - "Qarabağ" matçının təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyaadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi İqor Payaç olacaq. Ona yan xəttlərdə həmyerliləri Boyan Zobenitsa və İvan Mihali köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Levriç yerinə yetirəcək.
Oyunun VAR hakimi İvan Bebeb olacaq. AVAR-da isə isveçrəli Fedayi San əyləşəcək.
Qeyd edək kiŞ, oktyabrın 22-də "San Mames"də keçiriləcək "Atletik" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.