"Real"ın baş məşqçisi Xabi Alonso La Liqanın 2-ci turunun "Ovyedo"ya qarşı oyunundan (3:0) sonra komandanın fransalı hücumçusu Kilian Mbappe barədə danışıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun mətbuat xidməti paylaşıb.

"O, klublararası dünya çempionatında itirdiyi 4 kq çəkini artırıb. Burada olmadığım üçün ötən mövsüm haqqında çox şey deyə bilmərəm. Düşünürəm ki, o, yaxşı çıxış edir, motivasiyalıdır və bunu komandaya ötürür. Onun bu dönüşlərini görməyi xoşlayıram. Onun qollar vuracağını bilirik. Bu gün əla oyun nümayiş etdiridi. Biz nəyi yaxşılaşdırmalı olduğumuzu görürük. Buraya gəldiyim qısa müddətdir, amma düşünürəm ki, pozitif köklənmişik", - deyə Alonso bildirib.

Qeyd edək ki, Mbappe yeni mövsümün ilk iki turunda 3 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest