“Qarabağ”ın UEFA Çempionlar Liqası pley-off mərhələsində “Ferentysvaroş”la keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kleman Tyurpen olacaq. Ona laynsmanlar Nikolya Danos və Aleksis Auqer köməklik göstərəcək. Romen Lissorq dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da Jerom Brizar olacaq. Nikolya Renvil isə AVAR-da əyləşəcək.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” qarşılaşması 27 avqust tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest