25 Avqust 2025, 20:53
MPL
Bu gün Misli Premyer Liqasında II tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
"Qəbələ" doğma meydanda "Zirə"ni qəbul edib. Oyun "qartallar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, növbəti turun oyunları 29-31 avqustun tarixlərində keçiriləcək.
Misli Premyer Liqası
II tur
25 avqust
19:00. "Qəbələ" – "Zirə" 1:2
Qol: Nicat Əliyev, 16 - Ceyhun Nuriyev, 31, 45+1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu