25 Avqust 2025, 11:57
FUTBOL
“Fənərbaxça”nın futbolçusu Sofian Amrabat komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Məkakeşli yarımmüdafiəçi ilə 3 ölkənin klubları maraqlanır. İtaliya, Rusiya və Səudiyyə Ərəbistanı təmsilçiləri Amrabatın xidmətində maraqlıdır.
İstanbul klubu 29 yaşlı oyunçu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Sofian Amrabat bu mövsüm “Fənərbaxça”nın heyətində keçirdiyi 5 oyunda 1 qol vurub.