"Fənərbaxça"nın təcrübəli portuqaliyalı baş məşqçisi Joze Mourinyo tezliklə Premyer Liqaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Bildirilir ki, 62 yaşlı portualiyalının xidmətində "Nottingem Forest" maraqlıdır. Klub tezliklə baş məşqçisi, Mourinyonun həmyerlisi Nuno Espirito Santonu "meşəçilər"in sahibi Evangelos Marinakislə münasibətləri pisləşdiyinə görə istefaya göndərə bilər.
Mourinyonun "Fənərbaxça"dakı gələcəyi 27 avqustda, Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika" ilə cavab matçında oynayacağı zaman daha aydın olacaq. İlk görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Mourinyo əvvəllər Premyer Liqada "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"də çalışıb. "Çelsi" ilə o, üç dəfə - 2005, 2006 və 2015-ci illərdə İngiltərə çempionu olub.