"Jirona" "Dinamo"nun hücumçusu Vladislav Vanatı heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
Bildirilir ki, ukraynalı hücumçu İspaniya klubuna keçməyə razıdır. Potensial transfer yaxın vaxtlarda razılaşdırıla bilər.
"Jirona" Vanat üçün 10 milyon avro, həmçinin futbolçunun gələcək satışından müəyyən faiz təklif etməyə hazırdır.
"Dinamo" isə forvardın növbəti transferindən sonra daha çox qazana biləcəklərini anlayaraq belə şərtlərlə razılaşa bilər.
Qeyd edək ki, Vanatın "Dinamo" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" 23 yaşlı futbolçunun qiymətini 15 milyon avro qiymətləndirir. Bu mövsüm ukraynalı "Dinamo"nun heyətində bütün yarışlarda 7 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.