25 Avqust 2025, 14:16
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Florian Virtz "Bavariya"ya keçmək əvəzinə ingilis klubunun təklifini niyə qəbul etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Kicker" paylaşıb.
"Hər zaman düşünürdüm ki, növbəti addımda həqiqətən olmaq istədiyim yeri seçmək imkanım olacaq. Və belə də oldu. Buna görə də seçim etməyə tələsmirdim. Hətta bu yaydan əvvəl klubların hər biri haqqında çox düşünürdüm və bu, ən asan qərar deyildi.
Amma bu, düzgünlüyünə tam əminliklə verdiyim qərardır və bunun belə nəticələndiyinə görə şadam", – deyə Virtz açıqlama verib.
Qeyd edək ki, Virtz bu yay Leverkuzen "Bayer"indən "Liverpul"a keçib.