25 Avqust 2025, 00:34
FUTBOL
Türkiyə Superliqasında III turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
"Trabzonspor" evdə "Antalyaspor"u minimal hesabla məğlub edib. "Qalatasaray" isə səfərdə "Kayserispor"u 4 cavabsız qolla darmadağın edib.
Qeyd edək ki, tura avqustun 25-də yekun vurulacaq.
Türkiyə Superliqası
III tur
24 avqust
"Trabzonspor" – "Antalyaspor" -1:0
Qol: Saviç, 39
"Kayserispor" – "Qalatasaray" - 0:4
Qollar: Elmalı, 36, 46, Osimhen, 86, Sane, 90+3