19 Avqust 2025, 10:14
FUTBOL
"Bornmut" "Liverpul"un futbolçusu Ben Douku transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi şotlandiyalı vinger üçün "qırmızılar"a 23 milyon avro təzminat ödəyib. 25 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ben Douk ötən mövsüm icarə əsasında "Middlzbro"nun formasını geyinib.