19 Avqust 2025, 15:25
FUTBOL
"Fənərbaxça" "Zalzburq"dan Dorgeles Nenenin transferini yekunlaşdırıb.
Matc.az xəbər verir ki, malili vinger artıq Türkiyədədir. Nene tibbi müayinədən keçdikdən sonra İstanbul klubu ilə müqavilə imzalayacaq.
"Fənərbaxça" 22 yaşlı futbolçu üçün Avstriya klubuna 18+4 milyon avro təzminat ödəyəcək..
Qeyd edək ki, Dorgeles Nene bu mövsüm "Zalzburq"un heyətində keçirdiyi 11 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.