"Napoli" uzun müddətlik sıradan çıxan Romelu Lukakuya əvəzləyici axtarır.

Matc.az xəbər verir ki, İtaliya çempionu hazırda azad agent statusunda olan Ceymi Vardini heyətinə qatmaq istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

İngiltərəli forvard "Napoli"nin əsas hədəfidir. Neapol təmsilçisi 38 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Ceymi Vardinin son klubu "Lester Siti" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest