"Vest Hem"in futbolçusu Edson Alvares karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Fənərbaxça" meksikalı yarımmüdafiəçinin keçidini yekunlaşdırmaq üzrədir. Klublar arasında danışıqlar müsbət istiqamətdə davam edir.

İstanbul təmsilçisi 27 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Edsan Alvares ötən mövsüm "Vest Hem"in heyətində keçirdiyi 31 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest