19 Avqust 2025, 14:14
FUTBOL
"Mançester Siti" futbolçusu Sverre Nyupanı icarəyə verib.
Matc.az xəbər verir ki, "şəhərlilər" norveçli yarımmüdafiəçini "Midlsbro"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı oyunçu 2025/2026 mövsümünü Çempionşip təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Mançester Siti" Sverre Nyupanı ötən ay "Ruzenborq"dan 15 milyon avroya transfer edib.