"Nottingem Forest" "Renn"in hücumçusu Arno Kalimuendonu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayııb.

Premyer Liqa təmsilçisi fransalı forvard üçün onun klubuna 30 milyon avro təzminat ödəyib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Arno Kalimuendo ötən mövsüm "Renn"in heyətində keçirdiyi 34 oyunda 18 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest