18 Avqust 2025, 20:33
FUTBOL
"Vilyareeal"dan ayrılan Erik Bayinin yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü "Real Ovyedo" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Erik Bayi ötən mövsüm "Vilyarreal"ın heyətində 12 oyunda iştirak edib.