18 Avqust 2025, 14:48
FUTBOL
"Borussiya"nın hücumçusu Sebastyen Alle Niderlanda qayıdıb.
Matc.az xəbər verir ki, Fil Dişi Sahili millisinin hücumçusu "Utraxt"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı forvard Niderland təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sebastyen Alle ötən mövsümün ikinci yarısında icarə əsasında "Utrext"in formasını geyinib.