18 Avqust 2025, 11:55
FUTBOL
"Turan Tovuz"la matçda zədələnən "İmişli"nin müdafiəçisi Dioqo Rollonun durumu məlum olub.
Matc.az xəbər verir ki, braziliyalı futbolçunun ciddi zədəsi yoxdur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həkimlərin ilkin rəyinə görə qapıçı Andrey Sinenka ilə baş-başa toqquşan Rollonun vəziyyəti stabildir və ciddi təhlükə yoxdur. Çiynindən aldığı zərbə də tam yoxlanılıb, risk aşkarlanmayıb.
24 yaşlı mərkəz müdafiəçisinin müalicə prosesi davam edir.
Qeyd edək ki, "İmişli" - "Turan Tovuz" qarşılaşması qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.