18 Avqust 2025, 14:25
FUTBOL
Futbol üzrə Niderland çempionatında 2-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "AZ Alkmar"ı qəbul edib. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 27 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Volendam" 2 turdan sonra 2 xal toplayıb.