18 Avqust 2025, 13:20
FUTBOL
"Tottenhem" müdafiəçi Ced Spensın müqaviləsinin müddətini artırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı sol cinah müdafiəçisi ilə uzunmüddətli sözləşmə imzalandığı bildirilib.
Qeyd edək ki, "Tottenhem" Ced Spensi 2022-ci ilin yayında "Middlzbro"dan transfer edib.