12 Avqust 2025, 11:08
FUTBOL
Dominik Livakoviçlə yollarını ayırmağı planlaşdıran "Fənərbaxça" heyətinə yeni qapıçı cəlb edəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
İstanbul nəhənginin əsas hədəfi "Real"da çıxış edən Andrey Lunindir. "Fənərbaxça" ukraynalı qolkiperi icarəyə götürmək istəyir. 26 yaşlı "əlcək sahibi"nin klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimidir.
Qeyd edək ki, Andrey Lunin ötən mövsüm "Real"ın heyətində 12 oyunda iştirak edib.