12 Avqust 2025, 10:31
FUTBOL
"Liverpul"un müdafiəçisi İbrahima Konate Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
"Çelsi" fransalı futbolçunu transfer etmək istəyir. London təmsilçisi klubu ilə 1 illik müqaviləsi qalan 26 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avroluq rəsmi təklif göndərib.
Qeyd edək ki, "Liverpul" İbrahima Konateni 2021-ci ilin yayında "Leypziq"dən transfer edib.