11 Avqust 2025, 23:10
FUTBOL
"Nyukasl"In müdafiəçisi Kiran Trippyer karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Monako" ingiltərəli sağ cinah müdafiəçisini transfer etmək istəyir. Liqa 1 təmsilçisi klubu ilə 1 illik müqaviləsi qalan 34 yaşlı oyunçu üçün rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Kiran Trippyer ötən mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 31 oyunda 4 qol ötürməsi edib.