UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin “Sabah” - “Levski” cavab oyununa artıq 5000 bilet satılıb.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Sabah" - "Levski" qarşılaşması 14 avqust tarixində keçiriləcək və saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest