"Mançester Siti"nin futbolçusu Ceyms Makati "Nottingem Forest"ə keçəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa klubları ingiltərəli vingerin transferi ilə bağlı razılıq əldə edib. "Nottingem Forest" 22 yaşlı oyunçu üçün onun klubuna 20 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Ceyms Makati ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest