11 Avqust 2025, 21:20
FUTBOL
"Qalatasaray" Mauro İkardini növbəti illərdə də komandada saxlamaq istəyir.
matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Argentinalı hücumçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır. "Sarı-qırmızılar" 32 yaşlı forvarda 2 illik sözləşmə təklif edəcək.
Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini 2022-ci ilin yayında PSJ-dən transfer edib.