UEFA Çempionlar Liqasının qalibi PSJ UEFA Super Kuboku uğrunda Avroliqada hamıdan güclü olmuş "Tottenhem"lə üz-üzə gələcək.

Matc.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike qapıçı Canluici Donnarumaya ehtiyac duymayıb. İspan mütəxəssis 26 yaşlı qolkiperin adını matçın iştirak ərizəsinə daxil etməyib.

Donnarummanın Fransa klubundan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Super Kubok matçı 13 avqust tarixində Bakı vaxtı ilə saat 21:00-da İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda baş tuatcaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest