11 Avqust 2025, 18:59
FUTBOL
"Atletiko" "Napoli"nin hücumçusu Cakomo Raspadorini transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Madrid təmsilçisi İtaliya millisinin üzvü üçün onun klubuna 26 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cakomo Raspadori ötən mövsüm "Atletiko"nun heyətində keçirdiyi 29 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib.