11 Avqust 2025, 18:34
FUTBOL
"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmız karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, "Fanatik" nəşri məlumat yayıb.
Yüksək liqaya vəsiqə qazanan NEOM türk vingeri transfer etmək istəyir. Ərəblər Barışa cəlbedici maaş təklif edəcək.
İstanbul klubu 25 yaşlı oyunçu üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Barış Alper Yılmaz 2021-ci ilin yayından "Qalatasaray"da çıxış edir.