11 Avqust 2025, 18:16
FUTBOL
"Real"ın futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Siti" braziliyalı vingeri transfer etmək istəyir. "Real" 24 yaşlı oyunçu üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, Rodriqo ötən mövsüm "Real"In heyətində keçirdiyi 54 oyunda 14 qol vurub, 11 qol ötürməsi edib.