11 Avqust 2025, 17:08
FUTBOL
"Cenoa"nın müdafiəçisi Koni De Vinter İtaliyada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" belçikalı futbolçunun keçidini həll edib. "Qırmızı-qaralar" 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 20 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Koni De Vinter ötən mövsüm "Cenoa"nın heyətində keçirdiyi 26 oyunda 3 qol vurub.