"Çelsi"nin transfer etmək istədiyi Xavi Simons daha bir klubun diqqət mərkəzinə düşüb.

Matc.az xəbər verir ki, "Mançester Siti" də "Leypziq"in niderlandlı futbolçusu uğrunda mübarizəyə qoşulub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Şəhərlilər" 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Xavi Simons ötən mövsüm "Leypziq"in heyətində keçirdiyi 33 oyunda 11 qol vurub, 8 qol ötürməsi  edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest