"Neftçi" yeni mövsümə hazırlığı davam etdirir.
Matc.az xəbər verir ki, baş məşqçi Samir Abasov hazırlıqla bağlı klubun mətbuat xidmətinə müsahibə verib.
Təcrübəli mütəxəssis hazırlıq prosesindən və "ağ-qaralar"ın transferlərindən ətraflı danışıb. Abasov transfer çalışmalarının hələ davam etdiyini vurğulayıb. Toplanışın ikinci mərhələsinə kimi komandaya bir neçə yeni futbolçunu qatılmasına çalışdıqlarını ifadə edib.
Hədəfin yüksək nəticələr olduğunu vurğulayan Samir Abasov, yeni formalaşmaqda olan komandaya da bunu aşıladıqlarını qeyd edib.
Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. "Binkovski Hotel"də məskunlaşacaq "Neftçi" orada 4 yoxlama görüşü keçirəcək.