"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim qış "transfer pəncərəsi"ndə klubun transfer siyasətindən danışıb.
Matc.az xəbər verir ki, Amorim transferdə müəyyən risk alıqlarını deyib.
"Biz transferlərdə çox diqqətliyik, çünki keçmişdə bəzi səhvlərimiz olub. Bu, mənim qərarımdır, ona görə də müəyyən risk alırıq, amma bu, bizim yolumuzdur. Mənim nə etmək istədiyim barədə dəqiq təsəvvürüm var və bu riskləri götürürəm, çünki bu, sonda öz bəhrəsini verəcək".
Xatırladaq ki, qış "transfer pəncərəsi"nin sonunda forvard Markus Reşford mövsümün sonuna qədər satın alma opsiyasıyla icarə əsasında "Aston Villa"ya keçib. Bundan əlavə, braziliyalı vinger Antoni yanvarda "Betis"ə icarəyə verilib.
Qeyd edək ki, keçirilən 24 oyundan sonra "Mançester Yunayted" 29 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.