Argentina millisinin və İngiltərənin "Aston Villa" klubunun qapıçısı Emiliano Martines dünya çempionatında barmağı qırıq halda, güclü ağrılara dözərək çıxış etdiyini etiraf edib.
Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı qolkiper zədəni turnirin startından dərhal əvvəl – mayın 20-də Avropa Liqasının final matçından öncə isinmə hərəkətləri zamanı alıb. Həmin görüşdə onun komandası Almaniyanın "Frayburq" klubuna 3:0 hesabı ilə qalib gələrək kuboku qazanıb.
Müalicə prosesi barədə danışan təcrübəli qapıçı əməliyyat olunmaqdan qaçmaq üçün İngiltərə və ABŞ-nin bir çox əl cərrahiyyəsi mütəxəssisləri ilə məsləhətləşdiyini bildirib.
"Hələ də ağrılarım var. Əməliyyat olunacağım təqdirdə dünya çempionatının bütün qrup mərhələsini qaçıracağımı dedilər. İlk vaxtlar Argentina millisi ilə məşq edə bilmirdim. Beynimdən çoxlu fikirlər keçirdi. Hazırlıq prosesim komanda yoldaşlarımdan fərqlənirdi. İlk matça 2 gün qalmış özümü çox pis hiss edirdim", - deyə Martines vurğulayıb.
Qeyd edək ki, bu gün dünya çempionatının finalında Argentina yığması İspaniya ilə qarşılaşacaq.













