Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

"Zirə" səfərdə "Araz-Naxçıvan"na uduzub. "Qarabağı" isə "Səbail" qalib gəlib. 

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 27-28 fevral tarixlərində keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
6 fevral

"Səbail" – "Qarabağ" - 0:1
Qol: 
Yassin Benzia, 35
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
ASCO Arena

"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. David Qomis, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 5. Gitay Sofir
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 88. Hacıəli Şirəliyev, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Queta, 14. Suleyman Alluş
Məşqçi: Elvin Məmmədov

"Qarabağ": 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 19. Redon Cica, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov


"Araz-Naxçıvan" – "Zirə" - 1:0
Qol: Bernardo Dias, 61 (pen.)

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Gülağa Cabarov
Liv Bona Dea Arena

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 5. Qara Qarayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 8. Karlos Jatoba
Baş məşqçi: Elmar Baxşıyev

"Zirə": 97. Tiaqo Silva, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 70. İssa Cibrila, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest