Türkiyə yığması yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "ay-ulduzlular"ın qarşıdakı iki oyun üçün rəqibləri bəlli olub.

Şenol Günəşin yetirmələri əvvəlcə mayın 30-da Antalyada Yunanıstanı qəbul edəcək. 3 gün sonrakı rəqib isə özbəkistan olacaq. Türklər iyunun 2-də özbəklərlə Alanyada üz-üzə gələcək.

Qeyd edək ki, Türkiyə millisi Aç-2020-nin seçmə qrup mərhələsi çərçivəsində növbəti matçını iyunun 8-də Fransaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest