"Mançester Siti"nin niderlandlı futbolçusu Natan Ake sıradan çıxıb. Matc.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Millətlər Liqasının 2-ci turunun Almaniya ilə oyununda (2:2) zədələnib.

O, oyuna yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Ake meydandan xərəkdə çıxarılıb. Onun əzələ zədəsi aldığı bildirilir.

Qeyd edək ki, Ake "Mançester Siti"nin heyətində cari mövsümdə 2 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest