15 Avqust 2024, 09:45
FUTBOL
Türkiyənin "Ankaragücü" klubunda çıxış edən millimizin futbolçusu Renat Dadaşov açıqlama verib. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu yeni klubu haqqında danışıb.
“Ankaragücü” klubunda keçirdiyi ilk matçda qol vuran Dadaşov özünü xoşbəxt hiss etdiyini bildirib: “Baş məşqçi Cihat Arslanın mənə qarşı diqqətindən çox təsirləndim. Klubun planlarından danışdı. "Ankaragücü" böyük klubdu. Şəhərin özünü də bəyənirəm”.
Renat hədəflərinin Superliqaya yüksəlmək olduğunu qeyd edib: “Komanda yoldaşlarımla birlikdə bunun üçün mübarizə aparacağıq. "Şanlıurfaspor"la oyunda qol vurmaq mənə ruh yüksəliyi verdi. İndi bizi "Ərzurumspor"la qarşılaşma gözləyir. Bu oyunda da qalib gəlmək istəyirik”.