“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində ixtiyarında görmək istədiyi futbolçunun adını açıqlayıb. Matc.az xəbər verir ki, o, sabiq yetirməsi Nemanya Matiçin alınmasını tələb edib.

Mourinyo buvaxtadək “Çelsi”, “Mançester Yunayted” və “Roma”da serbiyalı yarımmüdafiəçi ilə işləyib. O, hazırda “Lion”un formasını geyinən Matiçin “Fənərbağça”nı gücləndirə biləcəyini düşünür.

Qeyd edək ki, 36 yaşlı Nemanya Matiç “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Uroş Matiçin qardaşıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest