İngiltərənin “Vest Hem” klubu Dortmund “Borussiya”sının hücumçusu Niklas Füllkruqu alıb.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

“Vest Hem” Almaniya millisinin oyunçusu üçün nə qədər ödədiklərini açıqlamayıb. 31 yaşlı futbolçunun 4 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Füllkruq “Borussiya”ya ötən yay “Verder”dən transfer olunub. O, bütün yarışlarda 43 matça çıxıb, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest