Azərbaycan çempionu “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsi üçün daha iki potensial rəqibi bəlli olub. Matc.az xəbər verir ki, Litvanın “Panevejis” və Qazaxıstanın “Ordabasi” klubu ilk görüşündə Ağdam təmsilçisinə rəqib ola bilər.

Çünki onların püşkatma zamanı səpələnməmişlərdə yer alacaqları dəqiqləşib. Daha əvvəl İslandiya çempionu “Vikinqur”un da zəiflər sırasında qərarlaşacağı məlum idi.

“Qarabağ”la yanaşı, “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) isə səpələnmişlərdə olacaq.

TNS (Uels), RFŞ (Latviya), Batumi “Dinamo”su (Gürcüstan) və Minsk “Dinamo”sunun (Belarus) səbəti isə qeyri-müəyyəndi.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest