“Bavariya” “Ştutqart”ın futbolçusu Kris Führixlə maraqlanır. Matc.az xəbər verir ki, Münhen klubu 26 yaşlı yarımmüdafiəçinin mümkün transferi ilə bağlı konkret fəaliyyətə başlayıb.

“Bavariya”nın idman direktoru Maks Eberl futbolçunu komandaya cəlb etməyə razı salmaq istəyir. Almaniya millisinin üzvünün müqaviləsində təzminat məbləği 23,5 milyon avro göstərilib. “Bavariya” rəhbərliyi oyunçu üçün bu pulu ödəməyə hazırdı.

Qeyd edək ki, Kris Führix bu mövsüm 26 oyunda 7 qol vurub, eyni sayda assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest