27 Aprel 2024, 14:47
FUTBOL
Aprelin 26-da "Real" La Liqanın 33-cü turu çərçivəsində səfərdə "Real Sosyedad"ı məğlub edib - 1:0.
Matc.az xəbər verir ki, "kral klubu"nun heyətində xorvatiyalı yarımmüdafiəçi Luka Modriç oyuna start heyətdən başlayıb və 83 dəqiqə meydanda olub.
Bu, Modriç üçün "Real"da 527-ci matç olub. Bu göstəriciyə görə o, Roberto Karlosa çatıb. İspan olmayan futbolçulardan yalnız Marselo (546) və Kərim Benzema (648) "Real"da daha çox oyun keçirib.