“Yuventus”, “Çelsi”, “Tottenhem” və İtaliya millisinin keçmiş baş məşqçisi Antonio Konte “Napoli”yə rəhbərlik etməyə hazırdır.
 
Matc.az xəbər verir ki, bu barədə "Rai Sport" nəşri məlumat yayıb. 54 yaşlı mütəxəssis illik 6,5 milyon avro maaşla klubla 3 illik müqavilə imzalamağa hazırdır. Konte həm də "Napoli"nin transfer siyasətini qəbul etməyə hazırdır - az sayda məqsədli transferlər. 
 
Son qərarı klubun prezidenti Aurelio De Laurentis verməlidir. O, həmçinin "Napoli"nin baş məşqçisi vəzifəsinə Vincenzo Italiano ("Fiorentina"), Cian-Piero Qasperini ("Atalanta") və Stefano Pioli ("Milan") də namizəd olaraq nəzərdə tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest