MLS-də bir ay davam edən hakim etirazı başa çatıb. Matc.az xəbər verir ki, referilər yeni maaş təklifi ilə, nəhayət ki, razılaşıblar.

Belə ki, PSRA 2031-ci ilin yanvarına qədər qüvvədə olacaq təkmilləşdirilmiş şərtlərlə onların maaşları ilə bağlı sazişi razılaşdırıb. 77,4% bu təklifi bəyənib.

Bu səbəbdən hakimlər martın 30-da başlayacaq müntəzəm mövsümün 7-ci turundan təyinat ala biləcəklər. Buna qədər cari mövsümün görüşlərində ehtiyat hakimlər iş başında idi.

Qeyd edək ki, fevralda Peşəkar Futbol Hakimləri Assosiasiyası (PSRA) Peşəkar Hakimlər Təşkilatının (PRO) təqdim etdiyi yeni maaş razılaşmasını rədd etmişdi. Hakimlərə 3-5 faiz maaş artımı təklif edilsə də, onlar bunun 90 faizədək olmasını istəmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest